Yığmamız üçün ikiadlı stadion – FOTOSESSİYA
21.01.2013 - 17:06
Yığmamız üçün ikiadlı stadion – FOTOSESSİYA
Azərbaycan milli komandasının Lixtenşteyn yığması ilə keçirəcəyi yoxlama oyununun baş tutacağı stadionun 2 adı var imiş. Apasport.az saytının məlumatına görə, “Əl Vəsl” stadionu kimi tanınan arenanın əsl adı “Zabil”dir.

“Əl Vəsl” klubunun ev oyunlarını keçirdiyi stadion məhz bu komandanın adına hörə tanınır. 1974-cü ildə inşa olunan arenanın gələn il 40 illik yubileyi olacaq.

Dubay şəhərindəki stadion 18 min tamaşaçı tutumuna malikdir. Bu göstəricidə arena BƏƏ-nin 10-cu stadionudur.