Asani lazım olmadı, Stukalov gözləyir
21.01.2013 - 17:54
Asani lazım olmadı, Stukalov gözləyir
“Kəpəz”in yollarını ayırdığı makedoniyalı futbolçu Bujamin Asaninin “Bakı”ya keçidi baş tutmayıb. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, yarımmüdafiəçi “zolaqlılar”da baxışdan uğurla keçə bilməyib.

Baş məşqçi Bojidar Bandoviç Bolqarıstanın “Eter” klubu ilə 1:1 hesabı ilə nəticələnən yoxlama oyununda 2-ci 45 dəqiqədə şans verdiyi mərkəz yarımmüdafiəçisindən razı qalmayıb. Cari mövsümdən ölkəmizdə oynayan Asani bu gün “Bakı”nın düşərgəsini tərk edir.

Həmin matçda ilk 45 dəqiqədə meydanda olan ukraynalı sol cinah yarımmüdafiəçisi Anatoli Stukalovun məsələsi isə hələ ki açıq qalıb. Onun Karaqanda “Şaxtyor”la ilə yoxlama oyununda da sınanacağı gözlənilir. Ancaq “Bakı”da bu mövqeyə futbolçu olduğundan, Stukalovun qalmaq şansı azdır.

Mehman SÜLEYMANOV
ANTALYA