“Barselona”ya qol vuran futbolçu “Bakı”da!
21.01.2013 - 19:00
Türkiyədə hazırlığını davam etdirən “Bakı”ya baxışa daha 3 futbolçu gəlib. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, düşərgəyə gələnlər yarımmüdafiədə oynayan Türkiyə, Serbiya və İspaniyadan olan legionerlərdir.
Bunlardan sonuncu diqqət çəkir ki, söhbət Mario Martines Rubiodan gedir. 28 yaşlı oyun qurucusu yetirməsi olduğu “Numansiya”nın heyətində keçirdiyi 8 ildə (2003-11-ci illərdə) 119 oyunda 6 qol vurub. Bu müddətdə 2 müxtəlif kluba icarəyə verilən Mario 2011-ci ildə İspaniyanın aşağı divizion təmsilçisi “Real Union”a keçib və ötən mövsüm onun heyətində 24 matçda 2 dəfə fərqlənib.
Keçən il legioner həyatı yaşayan Martines Kiprdə oynayıb. O, Nikosiyanın “Olimpiakos” klubunda 4 matçda meydana çıxıb. İapaniyalı karyerasının böyük hissəsini keçirdiyi “Numansiya”nın heyətində 2008-ci ildə “Barselona”ya qol vurub.
Qeyd edək ki, hər 3 legioner bu gün “Bakı”da ilk məşqə çıxacaqlar.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0