Ramazan Abbasov “Bakı”dan uzaqlaşdırıldı
21.01.2013 - 18:29
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç rəhbərliyi altında oynamış futbolçulardan daha birisinin xidmətindən imtina edib. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, serbiyalı mütəxəssis Ramazan Abbasovun geri göndərilməyinə qərar verib.
Mərkəz hücumçusu kimi oynatdığı 30 yaşlı futbolçunun qalmağını istəməyən Bandoviç onu Antalyaya apararaq şans verdi. Özü də baş məşqçi Ramazanı Bolqarıstanın “Eter” klubu ilə yoxlama matçında 2-ci hissədə buraxaraq mərkəz yarımmüdafiəçisi kimi sınadı. Bandoviç Abbasovun rejimə əməl etməməyindən narazı qalaraq, Bakıya yola salınmağını istəyib. Bu gün komanda ilə bir məşqə çıxmayacaq futbolçu sabah Vətənə qayıdaraq, özünə yeni klub tapmalı olacaq.
Qeyd edək ki, Ramazan Azərbaycan çempionluğu, kuboku qazandığı “Bakı”nın heyətində 3 müxtəlif vaxtda oynayıb. Onun son qayıdışı ötən yay olmuşdu.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0