“İnter”də bolqarıstanlı məşqçi – FOTO
21.01.2013 - 18:51
“İnter”də bolqarıstanlı məşqçi – FOTO
Bakının “İnter” klubu məşqçilər korpusuna yeni mütəxəssis cəlb edib. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, fiziki hazırlıq üzrə çalışdırıcı İvan Yovanovski paytaxt klubunda çalışacaq.

Bolqarıstandakı fəaliyyəti ilə tanınan mütəxəssis bu ölkənin MOİK və “Ludoqarets” klublarında çalışıb. Makedoniyalı Kaxaber Sxaadzenin başçılıq etdiyi məşqçilər korpusunda yer alacaq.