“Ufuk Budaka diz bağlarını tikməyi bildirdik”
21.01.2013 - 19:41
“FİFA-nın araşdırmalarına görə, süni örtüklü meydançaların iki növü var. FİFA-nın normalarına cavab verən süni qazondursa, burda problem yoxdur. Yəni keyfiyyətlidirsə, “aman orda oynamayın” demək olmaz. Amma komandaların təbii otdan ibarət olan normal meydançalardan da yararlanması lazımdır. Çünki vücudun inkişafı üçün bu mütləqdir”. Bunu apasport.az saytına açıqlamasında Acıbadem Xəstəxanasının professor doktoru Ömər Faruk Taşər deyib.
“Qəbələ”nin əməkdaşlıq etdiyi Acıbadem Xəstəxanasında travmatologiya həkimi olan Taşər Premyer Liqamızda oynamış bir çox futbolçuları əməliyyat edib. “Əskişəhərspor”lu Ufuk Budakı əməliyyat etməsə də, milli komandamızın üzvü məhz bu tibb ocağında olub: “Ufuk Budakı mən əməliyyat etmədim. Ancaq o, sentyabr ayında bura gəlmişdi. Biz ona diz bağlarını tikməyi bildirdik. Ancaq o bu əməliyyatdan çəkinərək Almaniyaya getməyi lazım bildi. Həmin yeri kəsib atsaydıq, futbol oynamağa tez qayıtsa da, onun idmançı həyatı qısa sürəcəkdi. İndi onun vəziyyətinin nə yerdə olduğunu bilmirəm. Əgər kəsmə əməliyyatı etdilərsə, onun üçün pis olacaq. Çünki cəmi 22 yaşı vardı”.
Səbuhi TOFİQOĞLU
İSTANBUL

0
0