Sneyder: Türkcə öyrənməyə çalışacağam
21.01.2013 - 20:21
“Sneyderin transferi ilə bağlı əlavə bir söz söyləmək istəmirəm. Çox mühüm bir futbolçudur və önəmli karyerası var. İnşallah, komandaya uyğunlaşma prosesini qısa müddətdə tamamlayacaq”. APA-nın məlumatına görə, bu fikirləri “Galatasaray”ın baş məşqçisi Fatih Terim yeni transfer Uesli Sneyderlə ilk görüşündən sonra verdiyi açıqlamada deyib.
Terim hollandiyalı ulduzun bütün dünyada tanındığını vurğulayıb: “Bura gəldiyinə görə çox şadıq. Ona olan sevgini gördü, bu səbəbdən uyğunlaşma məsələsində problemi olmayacaq. Hamı onu tanıyır, mən də ona yaxşı bələdəm. Sabahdan etibarən hazırlıqlara başlayacaq, komanda yoldaşları onu qarşılayacaq”.
“Real” (Madrid) və “İnter” (Milan) formaları geyinmiş Uesli Sneyder isə qarşılanma mərasimindən çox məmnun olduğunu deyib: “İnanılmaz bir mühit vardı. Məşqçi ilə görüşdük. Hələlik türkcə bilmirəm, amma öyrənməyə çalışacağam. Terimlə italyanca danışdıq. Burada olduğuma görə özümü çox xoşbəxt sayıram. Artıq tezliklə futbol oynamağa başlamaq istəyirəm”.

0
0