“Rəvan” səhər məşqində - FOTOSESSİYA
21.01.2013 - 20:55
“Rəvan” səhər məşqində - FOTOSESSİYA
Yanvarın 16-dan məşqləri intensivləşdirən "Rəvan” çempionatın yerdə qalan bölümünə hazırlıq yüksək sürətlə davam edir. Topaz Premyer Liqasında ilk “altılıq” şanslarını saxlayan komanda 1 günlük istirahətdən sonra bu gün yenidən məşqlərə start verib.
Belə ki, komanda səhər saat 9:30-da "Şəfa” stadionunda bu günə planlaşdırılan ilk məşqinə çıxıb. Baş məşqçi Ramil Əliyev futbolçuları fiziki cəhətdən yükləməyə çalışıb. Məşqi adi qaçışla başlayan komanda üzvləri müəyyən təmrinləri də yerinə yetirdikdən sonra trenajor zalına yollanıb. Təxminən 2 saat çəkən səhər məşqindən sonra futbolçular istirahətə buraxılıb.