Afrika Millətlər Kubokunda növbəti heç-heçə
21.01.2013 - 22:58
Afrika Millətlər Kubokunda növbəti heç-heçə
Afrika Millətlər Kubokunda növbəti qarşılaşma baş tutub. Apasport.az saytının məlumatına görə, CAR-da keçirilən turnirin üçüncü günündə artıq bir görüş başa çatıb.

C qrupunda mübarizə aparan Zambiya milli komandası Efiopiya yığması ilə münasibətlərinə aydınlıq gətirib. Hər hissədə hərəyə bir dəfə fərqlənən tərəflər meydandan 1:1 hesablı sülhlə ayrılıb.

Qeyd edək ki, hazırda qrupun digər oyununda Nigeriya ilə Burkina Faso milliləri üz-üzə gəlir.