Todorov gəldi
21.01.2013 - 23:14
Antalyada təlim-məşq toplantısında olan “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda bu gün saat 17:00-da axşam məşqinə çıxıb. Hazırlıq prossesi bütövlüklə toplu çalışmalardan ibarət olub və bir saatdan çox sürüb.
Cənub klubunun qapıçı Aykut Erçetinlə danışıqların ilkin mərhələsi müsbət nəticələnib. Danışıqlar bu gedişlə davam edərsə, türkiyəli qolkiper yaxın günlərdə “Xəzər Lənkəran”ın düşərgəsinə qoşula bilər.
Yanvarın 4-də əməliyyat olunan bolqar müdafiəçi Radomir Todorov isə artıq düşərgədədir. Komanda yanvarın 22-də səhər məşqinə çıxmayacaq. Buna səbəb Ukraynanın “Krivbass” klubu ilə yoxlama oyununun keçirilməsidir.

0
0