“Sumqayıt” seleksiya xarakterli toplanış keçirib
21.01.2013 - 23:45
“Sumqayıt” seleksiya xarakterli toplanış keçirib
“Sumqayıt” bu gün “Bayıl Arena”da 1998-2002-ci il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli təlim-məşq toplanışı keçirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bölgələrdən təşrif buyuran uşaqlar komandanın baş məşqçisi Bernhard Raab, onun köməkçiləri və akademiyanın məşqçilər heyəti tərəfindən yoxlanılıb.

Üç saatdan artıq davam edən seleksiya xarakterli toplanışda 60-dan artıq futbolçu izlənilib.