“Qəbələ” ilk oyunda uduzdu - YENİLƏNİB
22.01.2013 - 17:59
AAntalyada hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün qardaş ölkədə ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Almaniya təmsilçisi “İnqolştadt”la üz-üzə gəliblər.
Bakı vaxtı ilə saat 16:00-da start götürən matç Ramiz Məmmədovun yetirmələrinin məğlubiyyəti ilə başa çatıb. Belə ki, oyunun 37-ci dəqiqəsində qapısında qol görən komandamız fasilə ərəfəsində hesabı bərabərləşdirsə də, yenidən təşəbbüs rəqibin tərəfinə keçib.
İkinci hissədə “İnqolştadt” daha 4 dəfə fərqlənib. Onlar 3 topu “Qəbələ”nin qapısından keçirdikləri halda, bir dəfə öz qapıçılarını məyus ediblər.
Qeyd edək ki, "İnqolştadt" 2004-cü ildə iki köklü klubun - "ESV İnqolştadt" və "MTV İnqolştadt" birləşməsi ilə yaranıb. Komanda hazırda II Bundesliqada mübarizə aparır.
"Qəbələ" (Azərbaycan) - "İnqolştadt" (Almaniya) - 3:4
QOLLAR: Rəşad Abdullayev, 45; avtoqol, 53; Yannik Kamanan, 86

0
0