"Betis" evində "Atletik"in müqaviməti ilə üzləşdi
22.01.2013 - 07:15
"Betis" evində "Atletik"in müqaviməti ilə üzləşdi
İspaniya La Liqasında XX turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu matç günündə bir qarşılaşma reallaşıb.

"Betis" doğma publika önündə turnir cədvəlinin aşağı pilləsində qərarlaşan "Atletik"i qəbul edib. Erkən qolla hesabı açan meydan sahibləri fasiləyə qədər bu üstünlüyü qoruya bilməyib. İkinci hissədə isə tərəflər fərqlənə bilməyincə qarşılaşma bu hesabla başa çatıb - 1:1.

İspaniya La Liqasında

XX turun oyunları

18 yanvar

"Espanyol" - "Malyorka" - 3:2
Simao, 16, Verdu, 68-pen, Baena, 84 - Santos, 35, Markez, 42

19 yanvar

"Qranada" - "Rayo Valyekano" 2:0
Massi, 24-avtaqol, Resio, 45

"Real" (Sosyedad) - "Barselona" 3:2
Kastro, 41, Maskerano, 63-avtaqol, Aqirretxe, 90 – Messi, 7, Pedre, 25

"Qetafe" - "Sevilya" 1:1
Kolunqa, 44 – Reyes, 16

"Malaqa" - "Selta Viqo" 1:1
Demişelis, 37 – Fernandez, 76

20 yanvar

"Osasuna" - "Deportivo" 2:1
Sola, 26, Nino, 61 - Kamunas, 90

"Valyadolid" - "Saraqoza" 2:0
Querra, 12, Qonsales, 74

"Atletiko" (Madrid) - "Levante" 2:0
Adrian, 32, Koke, 60

"Valensiya" - "Real" (Madrid) 0:5
İquayn, 9, Di Mariya, 34; 45, Ronaldo, 36; 41

21 yanvar

"Betis" - "Atletik" (Bilbao) 1:1
Martin, 2 - Aduris, 41