“Topaz”da canlı, təkli və ikili oyunlara mərc etmək fürsəti
22.01.2013 - 11:21
“Topaz”da canlı, təkli və ikili oyunlara mərc etmək fürsəti
“Topaz” yanvarın 22-24-ü üçün futbol proqramını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru çərşənbə axşamı İtaliya kubokunun “Yuventus” – “Latsio”, çərşənbə Türkiyə kubokunun “Fənərbaxça” – “Bursaspor” və cümə axşamı “Əskişəhərspor” – “Antalyaspor” qarşılaşmalarını canlı mərc fürsəti ilə təqdim edib.

Futbol matçlarına canlı mərc etmək üçün çoxsaylı “Topaz” satış məntəqələrinin birinə yaxınlaşmaq kifayətdir. Oyunlar haqqında geniş məlumatı “Topaz” satış məntəqələrində və ya www.topaz.az internet saytından öyrənmək mümkündür.

Xatırladaq ki, “Topaz” Azərbaycanda fəaliyyət göstərən ilk qanuni mərc operatorudur və bütün uduşlara dövlət təminatı verilir.
Ötən il sentyabrın 19-dan “Topaz” Azərbaycan Premyer Liqasını dəstəkləyir və Azərbaycan Premyer Liqası “Topaz Premyer Liqası” adlandırılır. Əlavə məlumat almaq üçün 926 qısa nömrəsinə zəng etmək kifayətdir.