Acıbadem Bakıda da xəstəxana açır - MÜSAHİBƏ
22.01.2013 - 11:35
Acıbadem Qrupunun idmanda sponsor məsələləri üzrə cavabdehi Çağrı İlkin apasport.az saytına müsahibəsi
- İlk növbədə xəstəxananız haqda məlumat verərdiz.
- Acıbadem Qrupu 1991-ci ildə yarandı. Hazırda 16 xəstəxana və 12 tibb mərkəzimiz var. Xəstəxanalarımız Avropadakı kimi idmanın tək bir sahəsi üzrə fəaliyyət göstərmir. Hər bir psixoloji hazırlıqlar üzrə də xidmət göstəririk. Bizim universitetimiz, ambulans və sığorta şirkətimiz də var. Yemək və təmizlik xidmətimiz var. Yəni bütün layihələrimizi özümüz yaradırıq. Kiminsə, hansısa şirkətin xidmətinə ehtiyac duymuruq. Bu çox önəmlidir.
- Bu xəstəxana sırf idmançılar üçündür?
- Yox, bura ümumi xəstəxanadır. Amma idmana dair xidməti xəstəxananın özəl bir qoludur. Biz bütün sahələrdə yaxşıyıq. Ancaq idmana dair xidmətlərə daha həssas yanaşırıq. Burda futbolçulara özəl müayinələr edilir, aparatlar vasitəsilə testlər götürülür. Bizdə əməliyyatı başqa yerdə, psixoloji, fiziki hazırlığı başqa yerdə etməyə ehtiyac yoxdur. Hər cür idmana dair xidmətlərimiz mövcuddur.
- FİFA tərəfindən nə vaxt idman qurumu adına layiq görüldüz?
- Təxminən 6 ay əvvəl. Dünyada 26 belə mərkəz var. Biz FİFA tərəfindən idmançılara məsləhət görülən Türkiyədə yeganə tibb ocağıyıq. Ümumiyyətlə, Türkiyəyə yaxın bu ərazilərdə yalnız biz FİFA tərəfindən tövsiyə olunan mərkəz seçilmişik.
- Bunun üstünlüyü nədədir?
- Prestijdə. FİFA-nın bəlli standardları var. Onlardan biri futbolçuları həmin mərkəzə tövsiyə etmələridir.
- Azərbaycan futbolu ilə bağlı münasibətləriniz necə başladı?
- Biz ilk qandan gələn iki ölkəyik. Bunlar çox önəmlidir. Çünki dərdimizi sizə rahat şəkildə anlada bilirik. Türkcə danışa bilməyən rusdilli azəri oyunçular üçün də problem yaşamırıq. Onlar üçün rus dilindən tərcüməçilik edən əməkdaşlarımız var. Həkim olmasam da, təcrübəmdən bilirəm ki, əsas odu ki xəstə problemini düzgün başa sala bilsin. Belədə müayinə də düzgün aparılar və xəstənin də sağlamlığında problem yaşanmaz. İlk sponsorumuz 2009-cu ildə “Bakı” oldu. Bu, Tunc Afşar vasitəsilə oldu. O, çalışdığı komandanın sağlamlığı ilə bizim məşğul olmağımızı istədi. Aqil Məmmədov, Elvin Əliyev, Uinston Parks, Maris Verpakovski, Fabio Luis Ramim kimi oyunçuları müalicə etmişik. Digər tərəfdaşımız “Qəbələ”dən isə Dodo, Vurğun Hüseynov, Rövşən Əmiraslanov kimi futbolçular əməliyyat olunub. Həmçinin yeni transferlər sağlamlıq nəzarətindən burda keçib. Güləşçilərdən Həsən Əliyev, Rövşən Bayramov, voleybolçu Polina Rəhimova da burda olub.
- Bizim idmançılar daha çox bel nahiyəsi ilə bağlı bura gəlirmi?
- Yox. Ayaqlarında zədəsi ilə bağlı gələnlər çox olur. Rumıniyalı idmançılar daha çox bununla bağlı gəlir və gedərkən bizə təşəkkür edirlər. Məsələn, bir şeyi sizə nəql edim. “Qalatasaray” Çempionlar Liqasında ÇFR ilə oynayanda Kluj klubunun bir neçə oyunçusu bizdə müalicə alırdı. Biz “yox” desəydik, onlar “Qalatasaray”a qarşı oynaya bilməyəcəkdilər.
- “Qəbələ” və “Bakı”dan başqa, hansı klublarla əməkdaşlıq edirsiz?
- “Əskişəhərspor”, “Sivasspor”, “Trabzonspor”, “Beşiktaş”, “Partizan”, “Srvena Zvezda” və başqa məşhur klublar müştərilərimiz arasındadır. Ancaq Türkiyədə bəzi federasiyalar da tərəfdaşlarımız arasındadır. Məsələn, mən vaxtilə voleybol sahəsi üzrə çalışdığımdan, bu idman növü üzrə federasiya ilə işbirliyi qururuq. Paralimpiya federasiyası da müştərilərimiz arasındadır.
- Azərbaycanda belə bir xəstəxana açılması planda varmı?
- Hazırda Makedoniyada bir xəstəxanamız var. Yaxın günlərdə Rusiyaya gedəcəyik. Moskvada da mərkəzimizin olmasını istəyirik. Eləcə də, gələcəkdə qardaş Azərbaycanda Acıbadem Xəstəxanasını açmaq fikrimiz var.
Səbuhi TOFİQOĞLU
İSTANBUL

0
0