“İnqolştadt” “İnter”ə də qalib gəldi - YENİLƏNİB
22.01.2013 - 19:50
“İnqolştadt” “İnter”ə də qalib gəldi - YENİLƏNİB
Bakının “İnter” klubu bu gün ikinci sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, Türkiyədə təlim-məşq toplanışında olan “bankirlər” yenə Almaniya təmsilçisi ilə gücünü yoxlayıblar.

Belə ki, ilk matçda II Bundesliqada mübarizə aparan “Aalen”lə heç-heçə edən (1:1) Kaxaber Sxadadzenin yetirmələri bu dəfə eyni liqada yarışan “İnqolştadt”la üz-üzə gəliblər. Oyun komandamızın məğlubiyyəti ilə başa çatıb.

“İNTER” (AZƏRBAYCAN) - İNQOLŞTADT (ALMANİYA) - 1:3
QOLLAR: Daniel Genov, 62 (pen.)

Qeyd edək ki, “İnqolştadt” “İnter”dən öncə bu gün “Qəbələ”yə də qalib gəlib. Onlar həmin oyunu 4:3 hesabı ilə xeyirlərinə bitiriblər.