Macarıstan çempionu “Bakı”ya rəqib ola bilər
22.01.2013 - 12:47
Macarıstan çempionu “Bakı”ya rəqib ola bilər
“Bakı”nın Türkiyədə hazırlıq prosesində 2-ci rəqibi dəyişilə bilər. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, “zolaqlılar”ın Macarıstanın “Uypeşt” klubu ilə oynamaq variantı ortaya çıxıb.

Bakılıların yanvarın 24-də Karaqanda “Şaxtyor”u ilə matçı planlaşladırılsa da, daha güclü rəqiblə oynamaq imkanından istifadə etmək istəyirlər. Bu mənada 20 dəfə ölkə çempionluğu qazanan komanda bizə rəqib ola bilər. Ancaq “Bakı”nın düşərgəsində çoxlu futbolçu olduğundan, həmin gün 2 oyun keçirmək variantı da götür-qoy edilir.

Qeyd edək ki, “Bakı” Antalyada sonuncu oyununu yanvarın 27-də Xorvatiyanın “Osiek” klubu ilə keçirəcək.

Mehman SÜLEYMANOV