Mirhüseyn Seyidov: Titulumuzu qoruyub saxlamaq istəyirik
22.01.2013 - 13:10
“Hazırlığımızı həmişəki kimi yüksək səviyyədə davam etdiririk. Çempionata var qüvvəmizlə hazırlaşırıq, çünki qarşıda bizim çətin oyunlarımız var”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov deyib.
Türkiyə təlim-məşq toplanışında olan “ağ-qaralar”ın oyunçusu klubunun rəsmi saytına bir daha hədəflərini açıqlayıb: “Hal-hazırda da turnir cədvəlində 4-cü sıradayıq. Onun üçün də istəyirik ki təlimləri yaxşı keçək və çempionatda öz sözümüzü deyə bilək. Ötən ilki titulumuzu qoruyub saxlamaq istəyirik".

0
0