Avstriya çempionu “Bakı”ya qoşuldu
22.01.2013 - 13:24
Avstriya çempionu “Bakı”ya qoşuldu
“Bakı”nın Türkiyədə təlim-məşq toplanışında olduğu “Rixos” otelinə Avstriya klubu gəlib. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Avroliqanın qrup mərhələsinin iştirakçısı olmuş “Zalsburq” “zolaqlılar”ın qaldığı oteldə məskunlaşıb.

Antalyada digər otellərdə çoxlu komandalar qalırsa, “Bakı”nın 1 həftədir olduğu məkan fərqlidir. “Zalsburq” da gəlməklə, burada artıq 2 komanda təlim-məşq toplanışındadır. Son ölkə çempionu olan “Zalsburq” 7 dəfə qızıl medalçı, 1 dəfə ölkə kubokunun qalibi oldu. O, Avroliqada qrup mərhələsində 6 oyunun hamısında qalib gəlmiş ilk komandadır ki, bu, 2009/10 mövsümündə gerçəkləşib.

Mehman SÜLEYMANOV
ANTALYA