"Hiss olunur ki, səviyyəli futbolçudu"
22.01.2013 - 14:06
Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" klubunun rumıniyalı müdafiəçisi Adrian Skarlatakenin apasport.az saytına müsahibəsi
- Komanda artıq 10 gündür Antalyadadır. Toplanış necə keçir?
- Əvvəlkilərdən fərqlənmir. Toplanış ağır keçsə də, var gücümüzlə çalışırıq ki, çempionat başlayana qədər tam hazır olaq. Yoxlama görüşlərində də özümüzü yaxşı tərəfdən göstərməyə çalışırıq.
- Artıq yoxlama görüşlərindən birini keçirdiniz. Qazaxıstan təmsilçisi "Jetısu" ilə oyun barədə fikirlərinizi bilmək istərdik...
- Həmin oyunda baxışda olan futbolçular var idi. Məşqçi onları iş başında görmək istəyirdi. Əgər hansısa qarşılaşmada daha çox baxışda olan futbolçulara şans verilirsə, o zaman qələbə qazanmaq çətin olur. Çünki yeni futbolçular arasında anlaşma istənilən səviyyədə olmur. Digər tərəfdən, "Jetısu" toplanışa bizdən təxminən 1 həftə əvvəl başlayıb. Bizimlə müqayisədə rəqib daha hazırlıqlı idi. Bizim pley-ofda 4 oyunumuz qalıb, burada uğurlu çıxış etmək istəyiriksə, yeni futbolçular alınmalıdı. Yəni, hazırlıq zamanı keçirəcəyimiz son yoxlama görüşü ilə fasilədən sonra çempionatda keçirəcəyimiz ilk oyuna oturuşmuş heyətlə çıxmalıyıq.
- Yeni transferlərdən artıq biri də reallaşmaq üzrədir. "Jetısu" ilə oyunda ispaniyalı Alvaro Silva ilə birlikdə müdafiənin mərkəzində yer almışdınız. Onunla anlaşmada problem yaranırdımı?
- Alvaro haqda yalnız xoş sözlər deyə bilərəm. Birinci oyunu olmasına baxmayaraq, yaxşı təsir bağışladı. Hiss olunur ki, səviyyəli futbolçudur.
- Bəs Alvaro ilə "Rubin"ə yollanan Ruslan Abışovu necə müqayisə edərdiniz?
- Hər ikisi yaxşı futbolçudur, həm Ruslanın, həm də Alvaronun özünəməxsus keyfiyyətləri var. Ruslana uğurlar arzulayıram, ümid edirəm yeni klubunda hər şey yaxşı alınacaq.
- Vaxtilə Buxarest "Dinamo"sunda çiyin-çiyinə oynadığınız Kristian Pulhak da Azərbaycandan təklif alıb. Həmyerliniz bildirib ki, Azərbaycana gəlməzdən öncə Skarlatakeyə zəng vurub, bəzi məsləhətlər alacaq...
- Düzdü, mənə zəng vurmuşdu. Təbii ki, mən də Azərbaycan çempionatı haqda yalnız xoş sözlər dedim. Onunla maraqlanan "Qəbələ"nin yaxşı heyəti, bazası var, şansları da yüksəkdir. Şəxsən mən, həm "Qəbələ", həm də Kristian üçün yaxşı olacağını düşünürəm.
- "Xəzər Lənkəran"ın "altılıq"da qalmaq şansını necə dəyərləndirərdiniz?
- Komandamızın turnir cədvəlindəki mövqeyinə baxanda utanıram. Azərbaycanda ən yaxşı azarkeş yalnız "Xəzər Lənkəran"a məxsusdur. Onlara görə də çox üzülürəm. 6-cı yer bizə yaraşmır. "Altılıq"dan kənarda qalsaq, bizim üçün faciə sayılacaq. Amma əlimizi yanımıza salmaq fikrimiz yoxdur. Biz nəinki "alıtılıq", qızıl medallar uğrunda sonacan mübarizə aparacağıq. Kubokda da şansımız var və mövsümü titulla qapamaq fikrindəyik.

0
0