“Nadir Nəbiyev buna görə futboldan çox incik düşüb”
22.01.2013 - 15:40
“Nadir bugünkü gündə futboldan uzaqdı, ailəsinin əhatəsindədir. Özünün işləri var ki, bununla ailəsini dolandırmağa gücü yetir”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında “Bakı”nın futbolçusu Aqil Nəbiyev deyib.
Onun böyük qardaşı Nadir Nəbiyev vaxtilə milli çempionatımızın, yığmamızın əsas futbolçularından olsa da, artıq xeyli vaxtdır oynamır. Aqil 33 yaşlı qardaşının hələ ki futboldan kənar olduğunu bildirərək, qayıdışını istisna etmir: “O, xeyli vaxtdır Bakıda yaşayır, uşaqları məktəbə gedir. Bilirsiniz, Nadir bir az futboldan küsdü. Qardaşım olduğuna görə demirəm, ancaq Tovuz futbolu üçün əməyi olmuş insanlardan biridir. Gərək hər bir insanın əməyini qiymətləndirəsən. Qardaşım buna görə futboldan çox incik düşüb. Mən uşaq yaşlarında futboldan uzaq olmuşam, ancaq Nadir ayağı yer tutandan futbola çox meylli olub. Özüm də istəmərəm ki, qardaşım futboldan kənarda qalsın. Onun nə vaxtsa dönməyi daha məqsədəuyğundur. Çünki futbolla yaşayan bir insanın ondan uzaq durmağı yaxşı deyil”.
O, Nadirdən fərqli, karyerasını bitirdikdən sonra məşqçi olmağı arzulayır. AZAL-da kapitan olduğu vaxtdan liderlik keyfiyyətlərinə malik 30 yaşlı müdafiəçi bunun uşaqlıq arzusu olduğunu söyləyib: “Mən futbola başlayandan məşqçi olmaq istəmişəm. Ancaq deyə bilmərəm ki, məndən yaxşı məşqçi çıxar, ya yox. İnanıram ki, məşqçiliyə bu meyllimlə yaxşı nəticə əldə etmək olar. Mən həmişə futbolçularla söhbət edəndə, yaxşı mənada danışmışam. Bu yaşa çatmışam, futbolçulardan bir nəfər deyə bilməz ki, Aqil mənə meydanda, yaxud ondan kənarda artıq söz deyib. Hörməti qazanmaq üçün uzun illər lazımdır. Bunu mən pulla qazanmamışam ki...”.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0