“Bakı” “Uypeşt”ə rəqib olub, daha bir komanda axtarır
22.01.2013 - 17:05
“Bakı” Türkiyədəki hazırlığını intensivləşdirir. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Bolqarıstanın “Eter” klubu ilə 1:1 hesabı ilə nəticələnən yoxlama oyunun ertəsi istirahət edən “zolaqlılar” artıq gündə 2 dəfə çalışır.
Özü də bu məşqlərdə fiziki hazırlığa daha üstünlük verilir. Bunu isə komandanın fiziki hazırlıq üzrə yeni məşqçisi, serbiyalı Deyan Suzoviş keçir. Düzdür, məşqlərdə toplu, taktiki çalışmalara da yer verilir. İki saata yaxın davam edən çalışmalar gücün artırılmağına hesablanıb, futbolçularda dözümlülüyü yoxlayır.
30-ya yaxın futbolçu ilə hazırlaşan “Bakı”nın düşərgəsində 4 nəfər baxışdadır. Bunlar hələ bolqarlarla matçda sınanan ukraynalı sol cinah müdafiəçisi Anatoli Stukalov, ispaniyalı Mario Martines Rubio, milliyətcə türk olan hollandiyalı Ferdi Elmas və serbiyalı Risto Ristoviçdir. Son 3 futbolçu orta sahə oyunçularıdır. 24 yaşlı Riksoviç Serbiya çempionatından gəlib. Karyerası daha çox İspaniyaya bağlı olan, yetirməsi olduğu “Numansiya”lı Martines məşqlərdə seçilir. Ancaq istənilən halda, “Barselona”ya qol vuran futbolçunun və digər baxışda olanlar haqda yoxlama oyunundan sonra qərar veriləcək.
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç sərəncamında olan futbolçuların çoxluğunu nəzərə alaraq, yanvarın 24-də 2 yoxlama oyunu keçirmək fikrindədir. Bunlardan birinin Macarıstanın “Uypeşt” klubu ilə olacağı artıq dəqiqləşib. Digər rəqib axtarışında olan bakılıkar 2 matçda 2 fərqli heyəti sınamaq istəyir.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0