Yığmanın heyətində dəyişiklik
22.01.2013 - 17:23
Yığmanın heyətində dəyişiklik
Yanvarın 24-dən fevralın 3-ə qədər Bakıda təlim-məşq toplanışında olacaq 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Tural Osmanovun əvəzinə toplanışa “Bakı” klubundan Elşad Aslanov dəvət olunub.

Osmanov isə U-17-nin heyətində Türkiyənin Antalya şəhərinə toplanışa yollanacaq.

Mənbə: affa.az