Mario Martines: Bunlar “Bakı”ya gəlməyimə stimul oldu - MÜSAHİBƏ
22.01.2013 - 18:12
Mario Martines: Bunlar “Bakı”ya gəlməyimə stimul oldu - MÜSAHİBƏ
“Bakı”da baxışda olan ispaniyalı futbolçu Mario Martinesin apasport.az saytının Antalyaya ezam olunmuş əmədaşına müsahibəsi

- “Bakı”ya gəlmək variantınız necə yarandı?
- Bu təklif mənim menecerimdən gəldi. O, klubla əlaqəyə girib. Mənə dedi ki, belə bir variant var. Mən də son oynadığım Kiprin “Olimpiakos” klubu ilə müqaviləmi pozduğuma görə fikirləşmədən “gedim” dedim.

- Nəinki Avropa, dünyada hegemonluq edən İspaniya futbolunun təmsilçisi Azərbaycan gəlməkdə tərəddüd etmədi?
- Yox. Burda oynamış ispaniyalı futbolçulardan Azərbaycan haqda soruşdum. Onlar ölkənizi təriflədilər. Həm də bu dəqiqə İspaniya vəziyyət çətindir. Bu, maliyyə böhranı bağlıdır. Buna görə fikirləşdim ki, gedim İspaniyadan qıraqda oynayım.

- “Bakı”da həmyerliniz, hücumçu Koke oynayıb...
- Onunla şəxsi tanışlığım yoxdur. Menecerimlə tez-tez maraqlanaraq, Azərbaycan, “Bakı” haqda öyrənmişəm.

- Onda klubla bağlı hansı məlumatlara maliksiniz?
- Əlbəttə, müəyyən informasiyalarım var. Gəlməmişdən öncə maraqlandım ki, hansı kluba gedirəm. Bilirəm ki, Azərbaycana iddialı klublardan biridir, futbolun inkişafı ilə bağlı ciddi işlər görür. Onu da bilirəm ki, “Bakı” keçən il Azərbaycan kubokunun qalibi olub.

- Əsas stimulunuz nə oldu?
- Mənə “Bakı”nın gələcək layihələri haqda dedilər. Bu, diqqətimi çəkdi. Mən də özümə dedim ki, gedim, baxım, vəziyyəti görüm. Bir ölkədə yaşamasan, ordakıları görməsən, liqasında oynamasan, bir şey deyə bilməzsən. Bütün bunar mənə “Bakı”ya gəlmək üçün stimul oldu.

- Bu layihələrdən biri Madrid “Atletiko” ilə imzalanan müqavilə çərçivəsində əməkdaşlıqdır. Bu haqda İspaniyada nə danışılır?
- Təbii ki, həmin layihə haqda məlumatım var. Bu haqda İspaniya mətbuatında yazmışdılar, onları oxumuşam. “Atletiko” ölkəmizdə ən böyük klublardan biridir. Onunla belə bir əməkdaşlıq şox yaxşıdır.

- “Bakı”da məşqlər necə keçir? Əsas diqqətini nə çəkir?
- Mən 2 gündür məşqlərdə iştirak edirəm. Hələ tam uyğunlaşmamışam. Hər halda, görürəm ki, çox yaxşı məşqlər gedir. Diqqətimi çəkən baş məşqçinin toplu çalışmalarla çox işləməyidir.

- Yanvarın 24-də keçiriləcək yoxlama oyununda ilk dəfə “Bakı”nın heyətində meydana çıxıb, sınanacaqsınız. Şansınızı necə qiymətləndirərdiniz?
- Mən “Bakı”ya keçmək istəyirəm. Bunun üçün baş məşçqi məni bəyənməlidir. Əlimdən gələni edəcəyəm ki, onun, məşqçilər heyətinin rəğbətini qazanım və komandada qalım.

Mehman SÜLEYMANOV
ANTALYA