“Qəbələ” danimarkalıları darmadağın etdi
22.01.2013 - 19:18
“Qəbələ” danimarkalıları darmadağın etdi
“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası bu gün Antalyada sonuncu yoxlama oyununu keçirib. Apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşının məlumatına görə, “qırmızı-qaralar” bu dəfə Danimarkanın Oure Akademiyasının B komandası ilə üz-üzə gəlib.

“Qəbələ” rəqibini 7:1 hesabı ilə darmadağın edib. Komanda sabah Antalya toplanışını başa vuraraq vətənə qayıdacaq. Ancaq “Qəbələ”nin 6 futbolçusu Türkiyədə qalacaq. Buna səbəb onların Antalyada toplanış keçən U-17 komandasının düşərgəsinə yollanmasıdır.

Qeyd edək ki, “Qəbələ” Antalyada 3 yoxlama oyunu keçirib. Bundan öncə “Antalyaspor”un U-18 komandasına 2:5 hesabı ilə yenilən təmsilçimiz Oure Akademiyasının A komandasına 2:1 hesabı ilə qalib gəlib.

Səbuhi TOFİQOĞLU
ANTALYA