Emin İmaməliyev: Fiziki planda əksikliklərim var
22.01.2013 - 20:07
Emin İmaməliyev: Fiziki planda əksikliklərim var
“İlk oyunlar həmişə çətin olur. Bu üzdən “İnqolştadt”Ia matç gərgin keçdi”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”də baxışda olan Emin İmaməliyev deyib.

Milli komandanın sabiq müdafiəçisi bu gün II Bundesliqa təmsilçisi ilə oyunda start heyətdə meydanda yer almışdı. Yarımmüdafiənin solunda sınanan İmaməliyev “Qəbələ”yə keçmək perspektivləri haqda danışıb: “Mən Mingəçevirdəki hazırlıqlarda iştirak etməmişəm. “Qarabağ”ın əvəzediciləri ilə məşq etmişəm. Ancaq “Qəbələ” ilə məşq etmək başqadır, ayrı komanda ilə məşq etmək başqa. Bu üzdən fiziki planda əksikliklərim var. “Qarabağ”la müqaviləm mayda başa çatır. Əgər burda bəyənilsəm, müqavilə bağlayacam. Müqaviləmin müddətini daha sonra müzakirə edəcəyik. Məşqçi bu gün yarımmüdafiənin solunda oynatsa da, peşəkar futbolçu kimi harda desə, çıxış edə bilərəm”.

Qeyd edək ki, Emin İmaməliyev cari mövsümün ilk 6 ayını “Kəpəz”də icarə əsasında çıxış edib.

Səbuhi TOFİQOĞLU
ANTALYA