Anatoli Stukalov lazım olmadı
22.01.2013 - 21:38
Anatoli Stukalov lazım olmadı
“Bakı” baxışdan keçirdiyi daha bir legioneri geri qaytarıb. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, baş məşqçi Bojidar Bandoviç ukraynalı Anatoli Stukalovu bəyənməyib.

Müdafiənin sol cinahında oynayan futbolçu bu gün axşam məşqinə qalmayaraq, yola salınıb. Son olaraq Qazaxıstanın “Tobol” klubunda oynayan Stukalov Bolqarıstan “Eter”i ilə 1:1 hesabı ilə yoxlama matçında ilk 45 dəqiqədə meydanda olmuşdu. “Bakı” bunadək Antalyadakı toplanışında rumıniyalı müdafiəçi Kladuio Vikunu sınayaraq, geri qaytarmışdı.

Qeyd edək ki, bakılılar hazırda 3 yarımmüdafiəçi – ispaniyalı Mario Martines, serbiyalı Risto Ristoviç və türk əsilli hollandiyalı Gerdi Elması baxışdan keçirir.

Mehman SÜLEYMANOV
ANTALYA