“Orda şortiklə şəhərə çıxa bilməzsən” - MÜSAHİBƏ
23.01.2013 - 00:01
Səudiyyə Ərəbistanının “Al-Tawoon” klubunun qapıçılarla işləyən məşqçisi Faiq Əzizovun apasport.az saytına müsahibəsi
- Bir neçə gündür ki, Bakıdasınız. Vətənə gəlişiniz nə ilə bağlıdır?
- Viza ilə əlaqədar gəlmişəm. Vizamın vaxtı başa çatıb. Səudiyyə Ərəbistanında da bir dəfə onun vaxtını artıra bilərlər. Artıq 3 ay vaxtı uzatmışdılar. Həmin müddət də başa çatıb. Ona görə Bakıya gəldim ki, yenidən viza açdırım. Artıq sənədlərimi vermişəm. İki günə məsələ həll olmalıdır.
- Dərhal klubun düşərgəsinə yollanacaqsınız?
- Sənədlərimi alacağım tarix dəqiqləşdikdən sonra klubla əlaqə saxlayacam ki, mənə elektron bilet göndərsinlər.
- Klubda işləriniz necə gedir?
- Yanvarın 4-dən 18-dək Dubayda təlim-məşq toplanışında olduq. Üç oyun keçirdik. Onlardan ikisi Birləşmiş Ərəb Əmirliklərinin komandası idi. Bu oyunlara qədər ilk matçımızı Özbəkistan “Bunyadkor”una qarşı keçirmişdik. Baş məşqçi Mircəlal Qasımovla da orada söhbətləşdik. Dedi ki, Özbəkistan Azərbaycanla qarşılaşacaq. Həmin matçda 1:2 hesabı ilə uduzduq. BƏƏ komandaları ilə 0:0 hesablı heç-heçə etdik.
- Çempionatda yaranmış fasilə nə ilə bağlıdır?
- Fars körfəzi ölkələrinin kuboku keçirilirdi. Buna görə də çempionatda fasilə yarandı. Çünki əksər futbolçular yığmanın düşərgəsində idi. Səudiyyə Ərəbistanı yığması yaxşı nəticə vermədi. Buna görə də baş məşqçi Frank Raykardı vəzifəsindən azad elədilər. Finalda BƏƏ və İraq qarşılaşdı. BƏƏ qələbə qazanaraq çempion oldu.
- Bəs “Al-Tawoon” hazırda neçənci pillədə qərarlaşıb?
- Səudiyyə Ərəbistanı çempionatında 14 komanda yarışır. Biz 9-10-cü yerləri bölüşürük. 14 xalımız var. Liderin isə 27 xalı var. Amma əksər komandaların xal fərqi az olduğundan bir qələbə ilə 2-3 pillə irəliləmək mümkündür.
- Komandanın qarşısına hansı məqsəd qoyulub?
- Gənc futbolçuların yetişdirilib, Səudiyyə Ərəbistan futboluna qazandırılmasını baş məşqçinin qarşısına məqsəd kimi qoyub. Elə komandanın adının mənası da buna uyğundur – “Gənclər komandası”. Mükafatçılar sırasına düşmək kimi məqsədimiz yoxdur.
- Bundan əvvəl millidə çalışırdınız. Hazır futbolçularla işləyirdiniz. Bəs indi necə, gənclərlə çalışmaq çətin deyil?
- Əvvəllər də gənclərlə işləmişəm. 2005-ci ildə Vaqif Sadıqovla gənclər yığmasında çalışmışam. Bu gün əsas heyətimizdə yaşlı futbolçular da var. Qapıçımız 27 yaşındadır. Amma onunla rəqabət apara biləcək qolkiper hazırlayıram. Onun 19 yaşı var. Üzərlərində yaxşı işləyirlər.
- Şəraitiniz necədir?
- Narazılığımız yoxdur. Hər birimizə ayrıca ev veriblər. Komandanın həkimi də vaxtilə “Simurq”da çalışıb. Oleq Temyuk Roman Pokoranın vaxtından Zaqatala klubunda idi. Sonra Qyiko Hacıyevski ilə işlədi. İndi ordadır. Hər birimizə avtomobil veriblər. Özümüz idarə edirik. İstəsək ailəmizi də yanımıza apara bilərik. Komandanın 2 təbii örtüklü meydançası var. Hər gün birində məşq edirik.
- Yerli qanunlara riayət etmək çətin deyil?
- Müsəlman olduğumuza görə, bizim üçün elə də çətinliyi yoxdur. Onlarda dini adətlərə ciddi yanaşırlar. İçki içmək qadağandır. Şəhərə çıxarkən geyiminə fikir verməlisən. Şortikdə şəhərə çıxmaq olmaz. Qadınlar isə üzü açıq şəkildə küçəyə çıxa bilməz.
- Rəhbərlik işinizdən razıdırmı?
- Klub prezidenti dəfələrlə söhbəti zamanı razılığını bildirib. Qapıçıların əvvəllər hansı vəziyyətdə olduğunu deyirdi. İndi isə irəliləyiş hiss olunduğunu vurğulayıb. Onların üstünlüyü ondadır ki, verilən tapşırığı yerinə yetirirlər.
- Ölkəmizdə Səudiyyə Ərəbistanının futbolunu müqayisə edə bilərsinizmi?
- Klubları müqayisə etsək, onlar bizdən üstündürlər. Ancaq yığmalarımız qarşılaşsa Azərbaycan millisi daha güclü olar. Buna 100 faiz əminəm.
- Bu yaşda ailənizdən uzaqda çalışmaq çətin deyil?
- Əlbəttə, çətindir. Ancaq nə vaxta kimi ölkə daxilində işləməliyik. Xarici klublara da yollanmalıyıq. Legioner kimi İranda oynamışam. Məşqçi kimi də ölkə xaricinə yollanmaq istəyirdim.
- Daha iddialı klublarda çalışmaq perspektiviniz varmı?
- Var. Məşqçilər korpusundan çox şey asılıdır. Yaxşı işləsək, başqa klubdan təklif gələ bilər.
- Elvin Yunusovun “Al-Tawoon”a keçidi gündəmdə idi. Məsələ ilə bağlı nə deyə bilərsiniz?
- Qyoko Hacıyevski onu yaxşı tanıdığından yanına aparmaq istəyirdi. Futbolçu ilə də danışığı olmuşdu. Ancaq “Neftçi” ilə onun müqaviləsi var. Yəqin ki, buna görə çıxmağı müşküldür. Ancaq məsələ gündəmdədir. Ola bilsin, mayda Elvinin müqaviləsi başa çatan vaxt Hacıyevski onu yenidən dəvət etsin.
- Başqa aparmaq istədiyiniz futbolçu varmı?
- Hacıyevskinin Cəmşid Məhərrəmovun oyunundan xoşu gəldiyində görə, onunla maraqlanırdı. Yığmanın də bəzi üzvləri diqqət mərkəzindədir. Əksəriyyətinin klubları ilə müqaviləsi var. Hacıyevski də vaxtilə ölkəmizdə işlədiyindən bu cür vəziyyətlərdə hansı çətinliklərin yarandığını bilir.
- Çalışdığınız kluba Azərbaycanlı qapıçı dəvət etməyi düşünürsünüzmü?
- Bizdə yaxşı qapıçılar var. Onlardan Kamran Ağayev, Anar Nəzirov, Səlahət Ağayev, Aqil Məmmədov kimi futbolçuları qeyd edə bilərəm. Çox təəssüf ki, Səudiyyə Ərəbistanında legioner qapıçının oynamasına icazə vermirlər. Komandanın heyətində ancaq 3 əcnəbi oyunçu meydana çıxa bilər. Qapıçı isə mütləq yerli olmalıdır.

0
0