"Beşiktaş"ın məşqində yumruq davası
22.01.2013 - 23:27
Bu gün məşq zamanı “Beşiktaş”ın futbolçuları arasında yumruq davası düşüb. Apasport.az saytının məlumatına görə, bu münaqişə Manuel Fernandeslə yeni transfer Gökhan Süzen arasında baş verib.
“Qara-qartallar”ın səhər məşqində Süzen bir epizodda portuqaliyalı yarımmüdafiəçinin ayağına sərt girib. Bundan sonra Fernandeslə Gökhan bir-birlərinə yumruq vurub. Lakin komandanın digər oyunçularının araya girməsi nəticəsində hər iki tərəfi sakitləşdiriblər. Məşqdən sonra isə futbolçular paltar dəyişmə otağında barışıblar.

0
0