Ümit Korkmaz: “Qəbələ” fiziki cəhətdən çatdırmırdı
23.01.2013 - 00:05
“Qəbələ” fiziki cəhətdən çatdırmırdı. Çünki almanlarda bu baxımdan hər şey yüksəkdir. İkinci hissədə belə, alman komandaları mübarizədən qopmur”. Bunu apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına “İnqolştadt 04”ün vingeri Ümit Korkmaz deyib.
“Qəbələ”yə qalib gələn 2-ci Bundesliqa təmsilçisi Yannik Kamananı tanıdığını bildirib: “Mən Avstriyada yaşayan türkəm. Ötən ildən bu komandada oynayıram. Hazırda komandamız 10-cu pillədədir. “Qəbələ”nin ilk yoxlama matçı olduğu halda, biz 3-cü matçımızı keçirdik. Bəlkə də bu üzdən rəqibdən üstün oynadıq. Kamananla Mendinin Türkiyədə oynadığını bilirdim. Amma onları sifətdən tanımırdım. Çünki onlar bir-birlərinə bənzəyir”.
27 yaşlı Avstriya yığmasının üzvü olan Korkmaz “Qəbələ”dən sonra “İnter”lə də oynamalarına aydınlıq gətirib: “Baş məşqçimiz iki heyət qurub. Birini “Qəbələ”, digərini isə “İnter”ə qarşı oynatmağı düşündü. Bu üzdən biz paltardəyişmə otağına getdiyimiz halda, o, “İnter”lə matça yollandı. Hər iki komandaya qarşı oynayan heyətlər qarışıq idi”.
Qeyd edək ki, “İnqolştadt 04” “Su səsi” otelininin meydançalarında keçirilən bugünkü yoxlama matçlarında əvvəlcə “Qəbələ”ni (4:3), daha sonra “İnter”i (3:1) məğlub edib.
Səbuhi TOFİQOĞLU
ANTALYA

0
0