Eşli Koul daha bir ildə “Çelsi”də
23.01.2013 - 00:43
Eşli Koul daha bir ildə “Çelsi”də
"Çelsi"nin müdafiəçisi Eşli Koul komandası ilə mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini yenidən uzadaraq mətbuatda gəzən söz-söhbətlərə son qoyub. Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu daha bir ildə “zadəganlar”ın şərəfini qoruyacaq.

Koulla daha öncə Real", PSJ, “Mançester Yunayted” və “Mançester Siti” yaxından maraqlanırdı. Lakin Eşli heç bir komandaya getmək istəmədiyini bildirərək London təmsilçisində qalmağı üstün tutub.

Qeyd edək ki, Eşli Koul “Arsenal”dan "Çelsi"yə 2006-cı ildə 6.7 milyon avroya transfer olunub. O, bu günə qədər klubun 200-dən artıq formasını geyinib