Tunis 3 xalı tək qolla əldə etdi
23.01.2013 - 02:49
Tunis 3 xalı tək qolla əldə etdi
Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, CAR-da təşkil edilən qitə birinciliyinin dördüncü oyun günündə D qrupu çərçivəsində Tunis milli komandası ilə Əlcəzair yığması münasibətlərinə aydınlıq gətirib.

Rustenburq şəhərində baş tutan oyunun ilk hissəsində tablodakı sıfırlar dəyişməyib. İkinci yarıya daha iddialı başlayan Tunis millisi matçın əsas vaxtına əlavə edilən 1-ci dəqiqədə rəqibi cəzalandırıb. Youssef Msakninin vurduğu qol komandasının turnirdə ilk qələbəsini qazandırıb – 1:0.

Qeyd edək ki, beşinci oyun günündə A qrupu çərçivəsində CAR Anqola ilə, Mərakeş isə Kape Verde ilə üz-üzə gələcək.

Afrika Millətlər Kuboku

D qrupu

22 yanvar

Fil Dişi Sahili – Toqo 2:1
Y.Ture, 8, Cervinyo, 88 – Ayite, 45

Tunis – Əlcəzair – 1:0
Msakninin 90+1