“Aston Villa” finala keçə bilmədi
23.01.2013 - 03:44
“Aston Villa” finala keçə bilmədi
İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə bir qarşılaşma baş tutub.

“Aston Villa” doğma publika önündə “Bradford”u sınağa çəkib. İlk oyunda səfərdə rəqibinə 1:3 hesablı məğlub olan “Aston Villa” bu dəfə qonaqları üstələməyi bacarıb – 2:1. Lakin bu qələbə meydan sahiblərini xilas edə bilməyib. Növbəti mərhələyə “Bradford” keçib.

İngiltərə Liqa Kuboku

Yarımfinal (cavab oyunları)

22 yanvar

“Aston Villa” – “Bradford” – 2:1 (ilk oyun 1:3)

23 yanvar


“Suonsi” – “Çelsi” (2:0)