“Assisin yeri 100 faiz hiss olunurdu” - MÜSAHİBƏ
23.01.2013 - 09:00
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədovun apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşına müsahibəsi
- İlk yoxlama oyununuzu keçirdiz. “İnqolştadt 04”lə oyun haqda nə deyə bilərsiz?
- Birinci növbədə azarkeşləri təbrik edirəm. Çünki mövsümə hazırlıqlara artıq start verilib. Hazırda 4 futbolçu yoxlanışdadır. İkinci hissədə ikisini meydana buraxdım. Bu oyunun nəticəsi mənim üçün o qədər önəmli deyil. Əsas maraq dairəmdə olan məsələ uşaqların xətlərarası əlaqələrə fikir verməsi idi. İlk yarıda bunun öhdəsindən 70 faiz gəldilər. Fasilədən sonra isə oyun daha maraqlı alındı və uşaqlar daha yaxşı təsir bağışladı. Baxışda olan legionerlərdən bəzisi istədiyimiz kimi oynadı.
- Baxışda olanlardan kimlər komandadan gedəcək?
- Artıq bu oyuna qədər gedən olub. Bu matçdan sonra da düşərgəmizi tərk edən olacaq. Amma onlara hörmətlə yanaşdığım üçün ad çəkmək istəmirəm. Onsuz da məşqlərimiz zamanı kimlərin hazırlıq keçməməsindən onları müəyyənləşdirə biləcəksiz. Almanlara qarşı Aleksandr Çertoqanov və Lorival Assis zədə üzündən oynamadı. Ancaq heyətdəkilərin 70 faiz ümidləri doğrultması gələcək üçün yaxşı perspektiv vəd edir.
- Oyun zamanı hansı mövqedə daha çox problemləri hiss etdiz?
- İlk hissə başlayanda Assisin yeri 100 faiz hiss olunurdu. Çünki Emin İmaməliyev komandaya yenicə qoşulub. Onun hazırlığı haqda hələ ki bir söz deyə bilmərəm. Ancaq biz istədiyimiz formada deyil, fiziki cəhətdən çatdırmır. Ancaq hələ irəlidə 10 gün vaxtımız var. Bu müddətdə inanıram ki, Emin özünü ən yaxşı tərəfdən göstərəcək.
- Komandanın fiziki hazırlığı sizi qane etdi?
- Bəli. Kimlər ki Mingəçevirdəki hazırlıqlardan bizimlə birgədir, onlar özlərini yaxşı tərəfdən göstərir.
- Ürfan Abbasov ikinci hissədə yarımmüdafiədə çıxış etdi. Bu onu göstərirmi ki, çempionatda da o bu mövqedə oynasın?
- Əlbəttə. Onun oyunundan razı qaldım. Yaxınlarda Berti Foqts tərəfindən də milli komandaya çağırılmışdı. Futbolçunu hər mövqedə oynatmaqda məqsəd onun durumuna baxmaqdır. Ümumiyyətlə, hər bir oyunçunu universallaşdırmaq lazımdır. Gəncdir, perspektivi var. Özünüz gördüz ki, Amit Quluzadəni də yarımmüdafiənin mərkəzində yox, sağında oynatdıq. Sevindirici haldır ki, Ürfan da ümidlərimizi doğrultdu.
- Bu görüşdə hakimlik haqda nə deyə bilərsiz?
- Qardaş ölkədən olmasına baxmayaraq, hakimlərin idarəçiliyi xoşuma gəlmədi. Rəqib ilk qolu oyundankənar vəziyyətdən vurdu. Sonradan laysman buna görə üzr istəsə də, artıq gec idi.
Səbuhi TOFİQOĞLU
ANTALYA

0
0