“Qəbələ”ni çalışdırarkən...” - MÜSAHİBƏ
23.01.2013 - 10:22
“Qəbələ”nin sabiq baş məşqçisi Fatih Kavlakın apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşına müsahibəsi.
- Azərbaycandan ayrılandan sonra nə işlə məşğul olursuz?
- Yəqin ki, ölkənizdən gələni 3 ay olub. Evimdə - Ankarada dincəlirəm. 3,5 il idi ki, Azərbaycanda idim. Yenidən Türkiyəyə uyğunlaşdım. Bu müddəti ailəmlə birgə keçirmişəm. Hər şey yolundadır. 10-15 gündür ki, Antalyadayam. Avropadan bura gələn komandaların məşqlərini izləməklə özümü yenidən futbola qaytarmağa, psixoloji cəhətdən köklənməyə çalışıram.
- Hərdən ölkəmiz üçün darıxırsız?
- Sevdiyim insanlarla uzun müddətdi görüşmürəm. Ancaq internet və telekanallar vasitəsilə çempionatınızın oyunlarını izləyirəm. Ordakı vəziyyətdən xəbərim var.
- Yaxın gələcək üçün Türkiyədə hansısa klubu çalışdırmaq ehtimalınız varmı?
- Bir-iki variant olsa da, sonda alınmadı. Bu, futboldur. Sabah baxarsız ki, bir komandada işə başlamısız və ya uzun illər işsiz qala bilərsiz.
- Köməkçiniz İbrahim Bakır da işsizdir?
- O hazırda Oğuz Çətinlə birgə birinci dəstədə mübarizə aparan “Boluspor”da çalışır.
- Deməli, “Qəbələ”nin sabiq futbolçusu Serj Cehuanın oynadığı komandada...
- Bəli, elədir.
- Artıq istefanızdan xeyli vaxt keçib. Bəlkə indi deyəsiz, niyə “Qəbələ”də işləriniz yolunda getmədi?
- Açığı, bunu düşünmək üçün xeyli vaxtım oldu. Beynimdə təhlil apardım. Ancaq bu səbəbi açıqlamaq doğru olmaz. Yetərli təcrübə qazandığımı düşünürəm. Bu işlər belə olur. Komandanı çalışdırarkən gördüyün işin doğru olduğunu düşünürsən. Kənara çıxıb təhlil aparanda nəyin səhv, nəyin düzgün olduğunu anlayırsan. Yenə deyirəm, bunu mətbuata açıqlamağı düşünmürəm.
- Ölkəmizdə çox şeyi gördüz. Yenidən hər hansı klubumuzdan təklif gəlsə, necə qarşılayarsız?
- Çox yaxşı. Çünki Azərbaycanı çox sevirəm. Dediyim kimi, ölkənizdə 3,5 il çalışmışam. Ordan məmnun olmasaydım, bu qədər müddət işləməzdim. Həm köməkçi, həm baş məşqçi oldum. Böyük təcrübə qazandım. Təkcə ölkənizi yox, futbolunuzu da sevirəm və tanıyıram. Başqa ölkəyə gedib ora uyğunlaşmaq çətin ola bilər. Ancaq Azərbaycanda belə problem yaşamaram.
- “Qəbələ” heyətinə görə, premyer-liqanın ən güclü komandalarından olsa da, qış fasiləsinə 5-ci pillədə yollanıb. Sabiq klubunuzun çıxışını necə dəyərləndirirsiz?
- Öncə komandaya uğurlar arzulayıram. “Qəbələ” haqda sadəcə bir şərh verə bilərəm. Məncə, çox yaxşı komandadır. Demək olar ki, bu heyəti mən qurmuşam. Çox səviyyəli oyunçular var. Çempionluğa iddialıdır və qurulan heyət də bu hədəf üçündür. Sabiq komandamla bağlı bundan artıq bir şey deyə bilmərəm.
- “Qəbələ”nin U-17-sinin oyununu izləməyiniz bu kluba hələ də bağlı olduğunuzu göstərir. Ola bilərmi, yaxın gələcəkdə bu klubda hər hansı başqa vəzifədə çalışasız?
- Bu, futboldur. Hazırda işsiz məşqçiyəm. İstənilən klubla əməkdaşlıq mümkündür. Onsuz da “Qəbələ” rəhbərliyilə yaxşı münasibətlərimiz var. Ordan problemlə ayrılmamışam.
- Burda olduğunuz müddətdə “Qəbələ”nin əsas komandasının sınaq oyunlarına baxmağı düşünürsüz?
- Təəssüf ki, bu mümkün deyil. Çünki sabahdan geri qayıdıram. Antalyada olduğum müddətdə 2-3 futbolçunu izlədim.
- Belə çıxır ki, menecerlik fəaliyyətinə başlamısız...
- Yox. Sadəcə özüm üçün izləmişəm. Burda indi xeyli klub var. Gün ərzində Antalyada çoxlu məşq və oyun izləmək imkanı var. Bundan maksimum yararlanmağa çalışıram. Təcrübə baxımından bu, vacibdir. Oyunçuları da o cümlədən. Bir il sonra hansısa klubda fəaliyyətə başlayıb heyəti müəyyənləşdirəndə çətinlik çəkirsən. Çıxışını canlı izləməyib oyunçu alanda mətbuat çalışdırıcını qınayır. Mövsümün gedişində də gedib həmin futbolçunu yerindəcə izləmək vaxt alır. Çünki vacib görüşlər ərəfəsində bu mümkün olmur. Ancaq indi işsiz olduğumdan oyunçuları rahat izləmək fürsətindən yararlanıram.
Səbuhi TOFİQOĞLU
ANTALYA

0
0