Sneyder: Mən də bura əfsanə olmaq üçün gəldim
23.01.2013 - 04:55
“Burada olduğum üçün çox xoşbəxtəm. “Qalatasaray” kimi böyük bir komandaya gəlmək möcüzədir. Məni gözləyən minlərlə azarkeşin olması, mənə qürur verdi. Burada əla duyğular hiss edirəm. Fatih Terim və komanda yoldaşlarımla tanış oldum. Onlar mənə çox yaxın maraq göstərdilər. Artıq məşqlərə başlamaq istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasatay”ın İtaliya “İnter”indən transfer etdiyi Uesli Sneyder deyib.
28 yaşlı yarımmüdafiəçi komanda ilə müqavilə imzalamamışdan öncə mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Hollandiyalı oyunçu “Cim-Bom”un məşhur futbolçularından olan Haci ilə qarşılaşdırıldığı üçün qürur duyduğunu ifadə edib. Həmçinin Sneyder İstanbul təmsilçisinə əfsanə olmaq üçün gəldiyini bildirib:
“Tez bir zamanda klub üçün əlimdən gələni etmək, bu stadionda matça çıxmaq istəyirəm. Belə böyük bir kluba xidmət edəcəyəm üçün həqiqətən çox xoşbəxt və qürurluyam. Bazar günü çox əhəmiyyətli bir oyun olduğunu bilirəm. Oynamaq üçün hazır vəziyyətdəyəm. Baş məşqçimiz mənə meydanda mübarizə aparmağa şans versə oynayaram. Burada Haci ilə qarşılaşdırıldığım üçün qürur duydum. O, çox böyük bir əfsanə idi. Mən də bura əfsanə olmaq üçün gəldim”.
Qeyd edək ki, Uesli Sneyder “Qalatasaray”la 3.5 illik müqavilə imzalayıb.

0
0