“Dünəndən bu günə özümüzü evimizdə hiss edirik”
23.01.2013 - 06:25
“Dünəndən bu günə özümüzü evimizdə hiss edirik”
“Qalatasaray”ın yeni transferi Uesli Sneyder ötən gün onun üçün təşkil edilən imza mərasimindən sonra “Əli Sami Yən İdman Kompleksi Türk Telekom Arena”nı gəzib. Apasport.az saytının məlumatına görə, ilk olaraq hollandiyalı futbolçu həyat yoldaşı Yolante Kabau ilə birlikdə “Qalatasaray” TV-da qonaq olub.

Sneyder burada “Cim-Bom” azarkeşləri ilə tanış olduğu ilk dəqiqədə onların onu sevdiyini bildirib: "Hələ o möhtəşəm anı düşünürəm. Fikirləşirəm ki, belə inanılmaz bir xoş gəldin qarşılaşmanı yalnız burada görə bilirdim. Dünən axşam “Qalatasaray”ın səlahiyyətli şəxsləri ilə yediyimiz yeməyin ardından otelə döndüyümüzdə, yoldaşımla bir-birimizə belə dedik. Bəli, qətiliklə ən doğru qərarımızı verdik. Dünəndən bu günə özümüzü evimizdə hiss edirik. Məncə ən əhəmiyyətli olan da budur”.

Yolante Kabau isə qərar mərhələsində Uesliyə tam dəstək verdiyini ifadə edib: "Bir futbolçu üçün sevdiyi insanın yanında olması çox əhəmiyyətlidir. Bilirsiniz, bu çətin bir peşədir. Həmişə sizin haqqınızda danışılır, xəbərlər edilir, jurnalistlər arxanızda olur. Davamlı bir şeylərlə məşğul olmaq məcburiyyətindəsiniz. Mən də həmişə onun yanında olaraq verdiyi bu əhəmiyyətli qərarda pay sahibi oldum. Və bu anda da çox doğru bir addım atdığımızın fərqinə çatırıq. İstanbula daha əvvəl gəldim və gözəl bir şəhərdə olduğumuzu bilirəm. İrəliləyən dövrdə vaxtım olacaq. Amma bizim üçün bu anda ən əhəmiyyətlisi “Qalatasaray”dır”.