Arda Turan “Atletiko”da xoşbəxtdir
23.01.2013 - 06:55
Madrid “Atletiko”sunun futbolçusu Arda Turan onun komandadan ayrılacağı iddia edilən xəbərlərə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi təşkil etdiyi mətbuat konfransında mətbuatda gəzən xəbərləri təkzib edib.
O, Madrid klubunda pis olmadığını və əksinə burada xoşbəxt olduğunu ifadə edib:
"Heç bir zaman “Atletiko”dan ayrılmaq istədiyimi söyləmədim. Madrid təmsilçisinin böyük bir klub olmadığını və burada pis olduğumu da heç bir zaman vurğulamamışam. Əksinə burada çox xoşbəxtəm. Bura mənim evimdir. Klub işçiləri, azarkeşlər və komanda, mənim ailəm kimidir. “Atletiko” böyük bir klub və bunu da hazırda meydanda göstərir ".
Qeyd edək ki, ötən ay Arda Turanın meneceri Əhməd Bulud futbolçunun mövsümün sonunda “Atletiko”dan ayrılacağını açıqlamışdır. Həmçinin Bulud onunla bir neçə nəhəng klubların maraqlandığını da bildirmişdir.

0
0