Droqba komandasından ayrılmaq istəyir
23.01.2013 - 07:34
Droqba komandasından ayrılmaq istəyir
Futbol həyatını “Şanxay Şenxua”da davam etdirən Didye Droqbanın komandasını tərk edəcəyi iddia edilir. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, Fil Dişi Sahili yığmasının hücumçusu Çin klubu rəhbərliyindən müqaviləsinin müddətini qarşılıqlı şəkildə ləğv etməsini istəyib.

Droqba ilə “Yuventus”, “Latsio” və “Milan” yaxından maraqlanır. Əgər forvard “Şanxay Şenxua”dan ayrılacağı təqdirdə, onda komandasından alacağı məvacibin bir hissəsindən imtina edə biləcəyi bildirilir.

Qeyd edək ki, 34 yaşlı futbolçu ötən mövsüm “Çelsi” ilə Çempionlar Liqasını qazandıqdan sonra “Şanxay Şenxua”ya keçib. Didye burada həftəlik 300 min dollar maaş alır.