Rasim Ramaldanov: Onun mətbuatda fikirlərini düz çatdırmayıblar
23.01.2013 - 11:05
“Mən Daviddən Azərbaycan yığmasından dəvət almağı barədə yazılanlar haqda soruşdum. Qapıçımız mənə dedi ki, onun Polşa mətbuatında fikirlərini düz çatdırmayıblar”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında “Simurq”un kapitanı Rasim Ramaldanov deyib. Müdafiəçi ötən ilin noyabrında Şimali İrlandiya yığması ilə rəsmi oyunda debüt etdiyi millimizə polşalı komanda yoldaşı David Pietrzkieviçin çağırılmağına münasibət bildirib.
Belə ki, 24 yaşlı qapıçının öz ölkəsinin mətbuatında Azərbaycan yığmasına dəvət olunduğu fikirləri yer almışdı. Buna aydınlıq gətirən kapitan millidə qapıçı məsələsinə də münasibət bildirib: “David belə şey demədiyini söylədi. Yəni elə söz deməmişəm ki, məni Azərbaycan yığmasına çağırıblar. Sadəcə, istəyini bildirib. Deyir ki, mənə belə millidə oynamaq təklifi gəlsə, şans versələr, bununla razılaşaram. Özü də deyir ki, milliyə çağırsalar, bundan imtina etmərəm. David pis qapıçı deyil. Ancaq bizim millidə yaxşı qapıçılarımız - Kamran Ağayev, Səlahət Ağayev var”.
Mehman SÜLEYMANOV

0
0