Radomir Todorov azərbaycanlı olur
23.01.2013 - 12:13
Radomir Todorov azərbaycanlı olur
"Xəzər Lənkəran"ın legioneri Radomir Todorov Azərbaycan pasportu almaq istəyir. Bu barədə apasport.az saytının əməkdaşına bolqarıstanlı müdafiəçinin özü məlumat verib.

Uzun müddətdir ölkəmizdə top qovan 32 yaşlı futbolçu bildirib ki, Azərbaycan vətəndaşlığını qəbul etməyə canla-başla hazırdır: "Mən xeyli vaxtdır Azərbaycanda oynayıram. Bildiyimə görə, vətəndaşlıq almaq üçün 5 il Azərbaycanda yaşamalıyam. Mən isə 5 ildən artıqdır ölkənizdəyəm".

Todorov bildirib ki, Azərbaycan pasportu alsa, "Xəzər Lənkəran" üçün də faydalı olar: "Çünki mən meydana legioner kimi çıxıram. Əgər Azərbaycan pasportu alsam, mən yerli futbolçu statusu daşıyacam və əvəzimə daha bir legioner meydana çıxa bilər".