Yeşiç: Hər 2 hissədə “Simurq”dan yaxşı oynadıq
23.01.2013 - 12:34
Yeşiç: Hər 2 hissədə “Simurq”dan yaxşı oynadıq
Sofiya MOİK-inin baş məşqçisi Miodraq Yeşiç “Simurq”la oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Antalyada Zaqatala təmsilçisi ilə heç-heçə etdiyi (3:3) oyuna münasibət bildirib.

Yeşiçin sözlərinə görə, 90-cı dəqiqədə Mario Bojiçin vurduğu qol planlarını pozub: “Biz son dəqiqəyə qədər qələbə üçün oynayırdıq. Lakin Azərbaycan təmsilçisi penaltidən hesabı bərabərləşdirdi. Qələbə necə deyərlər, cibimizdə idi. Lakin onu əldən verdik. Ümumiyyətlə, hər 2 hissədə “Simurq”dan yaxşı oynadıq. Lakin təlim-məşq toplanışında keçirilən matçların nəticələri heç də əsas deyil”.