“Qarabağ”ın ilk heç-heçəsi - YENİLƏNİB
29.01.2013 - 18:50
“Qarabağ”ın ilk heç-heçəsi - YENİLƏNİB
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün dördüncü yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam klubu Rusiya “Ural”ı (3:2), Ukrayna “Hoverla”sı (1:2), Litva “Ekranas”ının (1:3) ardından Makedoniya “Turnovo”su ilə üz-üzə gəlib.

“İC Santai”nin futbol meydançasında Bakı vaxtı ilə saat 17:00-da başlayan oyunda qol vurulmayıb. Bununla da ağdamlılar hazırkı toplanışda ilk dəfə heç-heçə edib.

Qeyd edək ki, “Turnovo” bir neçə gün öncə “Neftçi” ilə də oynayaraq, 1:2 hesabı ilə məğlub olub.



“QARABAĞ” (AZƏRBAYCAN) – “TURNOVO” (MAKEDONİYA) - 0:0