Neymar qərarını DÇ-2014-dən sonra verəcək
29.01.2013 - 07:55
Braziliyanın son illər yetişdirdiyi ən istedadlı futbolçularından olan Neymar “Barselona”nın onu transfer etmək istədiyi iddialarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, “Santos”un gənc ulduzu DÇ-2014-ə qədər komandasında qalacağını bildirib.
O, mundialdan sonra qərarını açıqlayacağını ifadə edib:
“Santos” ilə müqaviləm 2014-cü ilə qədər davam edir. DÇ-2014-dən əvvəl hələ qarşımda uzun bir yol var. Sonrasına da komandamla müqaviləmi yeniləyib və ya yenilənməyəcəyinə qərar verəcəyəm. Bu mövzuları klubumla və ailəmlə birgə oturub fikirləşəcəyəm. Lakin hələ bu mərhələyə gəlmədik”.

0
0