“Bakı” hazırlığını fevralın 1-də bərpa edəcək
29.01.2013 - 10:27
“Bakı” Türkiyədəki təlim-məşq toplanışını başa vurandan sonra qısa müddətlik istirahətə yollanıb. Apasport.az saytının məlumatına görə, artıq ölkəmizdə olan “zolaqlılar” fevralın 1-də hazırlığını bərpa edəcək. Antalyada 2 həftəlik toplanışda olan komandaya 3 günlük istirahət verilib.
Komandanın baş məşqçisi Bojidar Bandoviç, köməkçisi Aleksandr Krstiç və bir sıra əcnəbi futbolçular bundan istifadə edərək, vətənlərinə istirahətə yollanıb. “Bakı”nın bəzi legionerləri isə yerli futbolçular və məşqçilərlə birgə ölkəmizə gələrək, burda dincəlirlər. Paytaxt təmsilçisi qış fasiləsinin son hazırlıq mərhələsində 1 yoxlama oyunu keçirməyi planlaşdırır ki, bunun da fevralın 3-də olacağı istisna deyil.

0
0