“Onu Azərbaycan yığmasına çağırmaq maraqlı olardı”
29.01.2013 - 10:48
“Azərbaycan yığmasına çağırılmış futbolçu Vüqar Əsgərovu yaxşı tanıyıram. O da mənim Liyepaya şəhərindəndir. Ora kiçik yer olduğundan, hamı bir-birini tanıyır”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında “Bakı”nın futbolçusu Denis İvanov deyib. Latviya yığmasının da əsas heyət oyunçularından olan müdafiəçi Azərbaycan millisində ötən il Dubay toplanışında debüt edən hücumçu Vüqar Əsgərov haqda fikirlərini bildirib.
Denisin sözlərinə görə, Latviyaya böyüyüb boya-başa çatan, hələ uşaqlıqdan tanıdığı hücumçu millimizə kömək edə bilər: “Vüqar Liyepayanın “Metallurq” klubunda oynayır ki, mən də vaxtilə onun şərəfini qorumuşam. Düzdür, biz komanda yoldaşı olmamışıq. Ancaq onunla bir məktəbdə oxumuşam, yaxşı münasibətimiz var. Yaxşı futbolçudur, artıq əsas komandada oynayır. Fikrimcə, Vüqarı Azərbaycan yığmasına çağırsaydılar, maraqlı olardı. O, yığmanıza faydalı ola bilərdi”.
Mehman SÜLEYMANOV

0
0