Yığmamız Avstriya klubuna uduzdu
29.01.2013 - 10:56
Yığmamız Avstriya klubuna uduzdu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Avstriyanın “Admira Wacker” klubu ilə qarşılaşıb.

İlk matçda Almaniyanın “Homburq” klubuna 2:0 hesabı ilə qalib gələn Bernhard Lippertin yetirmələri bu dəfə uğurunu davam etdirə bilməyib. Yığmamız avstriyalılar 0:1 hesabı ilə məğlub olub.

Mənbə: affa.az