Özbəklərin Azərbaycanla oyun öncəsi çətin qələbəsi
29.01.2013 - 11:29
Özbəkistan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan yığması ilə yoldaşlıq görüşü öncəsi son sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, Mircəlal Qasımovun baş məşqçisi olduğu yığma təlim-məşq toplanışı çərçivəsində Rusiyanın I divizion təmsilçisi “Ural”la yoxlama oyununda çətin qələbə qazanıb - 1:0. Özbəklər qələbəni sona 15 dəqiqə qalmış yarımmüdafiəçisi Cəsur Həsənovun vurduğu qol qazandırıb.
Qeyd edək ki, Azərbaycan – Özbəkistan oyunu fevralın 1-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycan – Özbəkistan oyunu fevralın 1-də keçiriləcək.
0
0