“İnter”dən inamlı qələbə
29.01.2013 - 12:16
Türkiyədə təlim-məşq toplanışını davam etdirən “İnter”in U-17 komandası ikinci yoxlama görüşünü keçirib. Apasport.az-ın saytının məlumatına görə, Gürcüstanın Tiflis şəhərinin 35 nömrəli UGFM-in U-17 komandası ilə üz-üzə gələn Arif Əmirxanovun yetirmələri bu matçda 3:2 hesablı qələbə qazanıblar.
“Bankirlər”in heyətində Roman Məmmədov dubl edib, rəqibin qapısına vurulan digər topun müəllifi isə Məhəmməd Məmmədov olub.
Qeyd edək ki, toplanış çərçivəsində keçirilən ilk yoxlama oyununda “İnter” “Antalyaspor” klubunun U-17 komandası ilə qarşılaşıb və həmin oyun qolsuz heç-heçə ilə başa çatıb. Bakı təmsilçisi təlim-məşq toplanışına yanvarın 30-da yekun vurulacaq.

0
0