“Rubin” İspaniyada Ruslan Abışovun yolunu gözləyir
29.01.2013 - 12:22
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovu heyətinə qatmaq istəyən “Rubin” İspaniyaya təlim-məşq toplanışına yollanıb. Apasport.az saytının məlumatına görə, Moskvada yığışaraq, bu ölkəyə yollanan Kazan təmsilçisi 3 yoxlama oyunu keçirəcək.
Belə ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda ilk 2 matçını Rumıniya təmsilçiləri ilə keçirəcək. Bunlar fevralın 1-də Buxarest “Rapid”i, 3-də ÇFR-lə oyundur. Fevralın 9-da isə “Dnepr”la matç olacaq.
Ruslan komandaya 3 gün sonra qoşulacaq. Belə ki, Almaniyada burnundan əməliyyat olunacaq müdafiəçimiz üçün İspaniyaya viza açdırılıb.
Qeyd edək ki, Abışov “Rubin”in heyətində Antalyada 1 yoxlama oyununda - Moldova “Şerif”i ilə 2:2 hesabı ilə nəticələnən matçda ilk 29 dəqiqədə meydanda olub.

0
0